Əsas Səhifə > Güney Press / Ana xəbər > Qamət Süleymanov qardaşının səhvini ört-basdır etməyə çalışır

Qamət Süleymanov qardaşının səhvini ört-basdır etməyə çalışır


8-07-2014, 12:57
Qamət Süleymanov qardaşının səhvini ört-basdır etməyə çalışır
O məsələ qardaşımın səhvi idi və hadisənin ilk günündə qəzəbdən irəli gələrək deyilmişdi. Fəaliyyəti 2008-ci ildən dayandırılan “Əbu-Bəkr” məscidinin imam-camaatı Hacı Qamət Süleymanov bunu qardaşının bir ifadəsilə bağlı Tuarana bildirib.

Sosial şəbəkələrdə yerləşdirilən video-görüntüdə Q.Süleymanovun qardaşı Sabiarabadda saqqalı qırxılan vəhabinin intiqamını almaq üçün “100 min əxi ilə Sabirabada gedəcəyi” vədi verir. Q.Süleymanov qeyd edir ki, qardaşı bu ifadəni hadisənin ilk günündə qəzəb halında işlədib. Əvvəla, saylarının 100 min nəfər olmadığını, ikinci də hər bir məsələnin həllini “soyuq başla” tapdığını bildirir.

Q.Süleymanovun sözlərinə görə, qardaşı sonrakı günlərdə ilk gündə dediyi fikri təkzib edən fikrilrə bildirib və tərəfləri səbrli olmağa dəvət edib.

Geri qayıt