Əsas Səhifə > Güney Press / Ana xəbər > В«İran yerli dindarlardan istifadə edərək təxribatlara yol açırВ»
В«İran yerli dindarlardan istifadə edərək təxribatlara yol açırВ»8-07-2014, 11:59 |
![]() Son zamanlar Suriya və İraqda baş verən dini radikalizmin fövqündə Azərbaycanda dini dözümsüzlük meyilləri artır. Son olaraq Sabirabada baş verən hadisə də göstərdi ki, bir zamanlar tolerantlığı ilə doğurdan seçilən Azərbaycanda dini dözümsüzlük bıçaq üstündədir və hər an ölkdə dini məzhəblər arasında qarşıdurmanın meydana çıxması istisna olunmur. Hər halda Suriyada və İraqda azərbaycanlıların qarşı cəbhələrdə yer alması ölkədə məzhəblər arası çəkişməninin heç də uzaqda olmadığını göstərir. Bəs Azərbaycan dini gərginləyin yaranmasına xarici qüvvələr maraqlıdır yoxsa, gərginlik və dözümsüzlük regiyonda yüksələn dini radikalizim fonunda baş verir? PİA.AZ-ın əməkdaşı bu suallarla araşdırmasçı ilahiyyatçı Aqil Ələsgərə və ilahiyyatçı Elşad Mirinin fikirlərini öyrənib. Aqil Ələsgər: В«İran yerli dindarlardan istifadə edərək təxribatlara yol açırВ» İlahiyyatçı araşdırmaçı Aqil Ələsgər isə belə düşünür ki, Azərbaycanda dini dözümsüzlüyün artmasında daha çox Rusiya və İran maraqlıdır: В«Ən başlıcası budur ki, İran və Rusiya xüsusi xidmət orqanları Azərbaycanda milli və dini qarşıdurmanın artması üçün müəyyən faliyyətlərə baş vururlar. Eyni zamanda son on ildən bəri İran Azərbaycandakı dinlə bağlı siyasətində ciddi bir dəyişiklik edərək, burada məsələləri qarırşdırır və yerli dindarlar vasitəsiylə təxribatlara yol verirlər. Deyə bilərəm ki bu son Sabirabad olaylarında olduğu kimi adam İranla əlaqələri olan bir şəxsdir. Eyni zamanda insanları sosiyal şəbəkələrdə məlumatlari rahatlıqla paylaşması da radikallığın artmasına səbəb olur. Hesab edirəm ki, ölkədə dini dözümsüzlüyün ortadan qaldırılması üçün Dini İşlər üzrə Dövlət Komitəsi xüsusi proqram hazırlamalı və bu proqram reallaşdırılmalıdır. Bunun üçün məzhəbləri ayıran məsələlər qarşı tərəflərin işitrakı ilə masaya yatırılmalı və tərəflərin mövqeyləri nəzərə alınmaqla ortaq yollar axtarılmalıdır. Dövlət məzhəblərin bir-birilərinə qarşı səmimi və xoş münasibətlərinin təminatçısı rolunda çıxış etməlidir. Həmçinin ayrı-ayrı məzhəblərə aid olan məscidlərdə Dövlət Komitəsinin nəzarəti artırılmalı, radikalizmə meylli dindarlarla davamlı olaraq profilaktik tədbirlər həyata keçirilməlidi. O da araşıdırlımalıdır ki, necə olur ki, son bir neçə il müddətində Azərbaycanda dini radikalizm bu qədər inkişaf edir və azərbaycanlı yaraqlılıar Suriya və İraqda peyda olurlar. Əminliklə demək olar ki, bir neçə il bundan əvvəl Azərbaycanda dini radikalizmə meyl yox idi. Bu radikal meylləri ortaya çıxaran səbəblər tapılmalı və ortadan qalıdırlmalıdı. Dövlət Komitəsi istər dövlət qarşısında, istərsə də, xalq qarşısında öz məsuliyyətini və vəzifəsini anlamalı, bu vəzifələri icra etməlidir. Məscidlərə nəzarət heç də kabinetlərdən deyil, məscidlərdən həyata keçirilməlidir. Bu bir faktdır ki, dini radikalizm məcsidlərdə təbliğ olunur. Demək ki, Komitə öz üzərinə düşən vəzifənin öhdəsindən gələ bilməyib. Həmçinin enyi sözəri Qafqaz Müsəlmanları İdarəsi haqqında da söyləmək olar. Ona görə də hər iki qurumda islahatlar aparılmalı və nöqsanlar ortadan qaldırılmalıdırВ». Elşad Miri: В«Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi , Qafqaz Müsəlmanları idarəsi üzərinə düşən vəzifələri icra edə bilmirlərВ» İlahiyytçı Elşad Miri ölkədə dini dözümsüzlük meyllərinin yaranmasını qaçınılmaz olduğunu hesab edir: В«Birinci növbədə ölkədə belə bir dini dözümsüzlüyün ortaya çıxması qaçılmaz idi. Məsələn bu gün Azərbaycanın özündə Ramazanla bağlı verlişlərin olmaması, orta məktəblərdə müəyyən dərsliklərin bu sahədə həyata keçirilməməsi, ölkədə mövcud olan dini qurumların dindən başqa hər bir işlə məşğul olmaları belə bir nəticəyə gətirib çıxarır. Dövlətin yürütüdüyü dini siyasət əvvəlki formada davam etsəydi, belə bir problem olmazdı. Bu gun əsrimiz internet əsridir, sosiyal şəbəkələr əsridir. İnsanlar isdədikləri məlumatı istənilən formada çox rahatlıqla əldə edirlər. Bunun qarşısını almaq üçün ancaq onlara normal şəkildə cavab ola biləcəyi məlumatlar ortaya qoyulmalıdır. İnsanlarin duzgun şəkildə məlumatlandırmaq üçün satylar yaradılmalıdır. Bunlar həyata keçirilmədiyi üçün əfsuslar olsun ki, cəmiyətimiz dinlə bağlı hislərində inancını kənardan gələn insanların vasitəsiylə əldə edirlər və buna görədə yanlışlar ortaya çıxır. Bu kimi digər məsələlər də Azərbaycanda müəyyən radikallığın olmasına səbəbdir. Əfsuslar olsunki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi , Qafqaz Müsəlmanları idarəsi dinlə dövlət arasında mövcud olan müəyyən çatışmamazlıqları aradan qaldırmaq, insanları marifləndirmək əvəzinə mübarizəyə səsləyirlər. Mubarizəyə çağırmanın təsiridə cəmiyyətdə radikallaşma ilə bağlı məsələyə gətirib çıxarir. Bu cür yanaşma heçdə doğru deyil.Əksinə, Peyğəmbərimizin dediyi kimi В«İnsanları çətinləşdirməyin, asanlaşdırın, nifrət etdirməyin sevdirinВ» anlayışı ilə çatdırılmalı idi. Geri qayıt |