Əsas Səhifə > Güney Press / Manşet / Ana xəbər > Məmurlar özlərini rinqdəki kimi hiss edirlər
Məmurlar özlərini rinqdəki kimi hiss edirlər7-07-2014, 15:52 |
|
DİA.AZ: - Qarşıdan gələn parlament seçkiləri əslində iqtidariçi güc mərkəzləri üçün yeni toqquşma bəhanəsinə çevrilib. Bu barədə DİA.AZ-a hökumət içindəki bilgili qaynaqlar informasiya ötürüb. Mötəbər mənbənin bildirdiyinə görə, bu günlərdə iqtidardaxili qruplaşmalar arasındakı gərginlik özünüt şiddətli formada hiss etdirəcək: В«Çünki elə bir ciddi hadisə baş verib ki, bunu gizlətmək qeyri-mümkündür. Səs-sədası yaxın günlərdə eşidiləcək. Hər halda, ilk dəfədir, Azərbaycanda məmurlar bu həddə münasibət aydınlaşdırırlar. Bu dəfə parlament seçkiləri fərqli olacaq. Yəni əgər dünənə qədər müəyyən mənada söz birliyi var idisə, bu dəfər iqtidardaxili güclər ciddi şəkildə mandat davası aparacaqlarВ». Bildirək ki, mənbəmiz baş verən olayın təfərrüatları barədə, olayın iştirakçıları barədə heç bir bilgi vermədi, sadəcə bunları söylədi: В«Özünüz görəcəksiniz. Çünki bu biabırçı bir hadisədir. Və buna mütləq reaksiya veriləcəkВ». Onu da bildirək ki, məlumatı verən qaynaq əlavə bilgiləri yaxınlarda verəcəyini vəd edib. Odur ki, bizi izləməkdə davam edin. DİA.AZ-ın digər qaynaqlar hesabına müəyyənləşdirdiyi isə hələlik bunlardır. Bildirilir ki, bu günlərdə münasibətləri gərgin olan iki nüfuzlu məmur arasında ilk əvvəl telefonda mübahisə yaranıb. Sonradan isə onlar görüşərək bir-biriləri ilə əl-qol hərəkəti ilə danışıblar. Bu hadisə isə В«yuxarılaraВ» qədər gedib çıxıb. Geri qayıt |