Əsas Səhifə > Güney Press > Xocalıda ANAMA əməkdaşı minaya düşdü

Xocalıda ANAMA əməkdaşı minaya düşdü


Bu gün, 09:33

Xocalı rayonunda ANAMA əməkdaşı minaya düşüb.

"DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Daşkənd kəndi ərazisində baş verib.

ANAMA əməkdaşı kənd ərazisində minatəmizləmə işləri apararkən mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt