Əsas Səhifə > Güney Press > Ukrayna təkbaşına mübarizə apara bilməz

Ukrayna təkbaşına mübarizə apara bilməz


Bu gün, 07:07

Ukrayna, dəyişən dinamika və müharibə metodları səbəbindən Rusiyanın nəhəng gücü ilə rəqabət apara bilmir.

Axar.az xəbər verir ki, bu barədə Quqlun keçmiş baş direktoru Erik Şmidt bildirib.

"Ukrayna təkbaşına belə bir güclə rəqabət apara bilməz. Qarşıdan gələn qış həlledici olacaq", - Şmidt qeyd edib.

Onun sözlərinə görə, hazırkı münaqişə tarixdə ən sürətlə inkişaf edən texnoloji rəqabətdir və Rusiya reaktiv mühərrikli PUA-lar hazırlamaqla, "Rassvet" aşağı orbitli peyk sistemini yerləşdirməklə və silah istehsalını nəhəng miqyasda artırmaqla tez uyğunlaşma qabiliyyətini uğurla nümayiş etdirib.


Geri qayıt