Əsas Səhifə > Güney Press > "RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı

"RIF LIFTING AND TRANSPORTATION SERVICES" MMC də bağlandı


Bu gün, 06:02

"RIF LIFTING AND TRANSPORTATION SERVICES" Məhdud Məsuliyyətli Cəmiyyəti fəaliyyətini dayandıraraq passiv statusa keçib.

32gun.az-ın əldə etdiyi məlumaat görə, nizamnamə kapitalı cəmi 15 manat təşkil edən yükləmə və daşıma xidmətləri üzrə özəl şirkətin fəaliyyətsiz qaldığı dövrdə dövlət büdcəsinə 28 min 786 manat vergi borcu toplanıb.

Qanuni təmsilçisi Elçin Mənsur oğlu Əliyev olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şəhər tipli qəsəbəsi, Həmzə Babaşov küçəsi, ev 3, mənzil 15 olaraq qeyd olunub. Şirkətin passiv rejimdə olması və yaranmış vergi öhdəliklərini icra etməməsi səbəbindən qanunvericiliyə uyğun müvafiq hüquqi prosedurların aparılması gözlənilir.


Geri qayıt