Əsas Səhifə > Güney Press > Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır”

Paşinyan: “Mənim Bakıda heykəlim qoyulmalıdır”


Bu gün, 17:54

İrəvanda nəşr olunan “Hraparak” qəzeti Ermənistanın baş naziri Nikol Paşinyanın Bakıya səfər etmiş yerli QHT rəhbərləri ilə görüş zamanı işlətdiyi ifadələri yayınlayıb. Tribuna.az xəbər verir ki, nəşr onun qəhrəman tituluna iddiası olduğunu vurğulayıb.

Qəzet yazıb: “Rusiyanın təsirini zəiflətmək üçün Nikol Paşinyan qəhrəman titulunu iddia edir və bu barədə müxtəlif mühitlərdə müxtəlif eyhamlar vurur. Məsələn, bizə deyildi ki, Bakıya səfər edən vətəndaş cəmiyyəti nümayəndələri ilə görüş zamanı o, heykəlinin Bakıda qoyulmalı olduğunu, Qarabağ məsələsini həll etməklə təkcə Ermənistanı deyil, həm də Azərbaycanı Rusiyanın zülmündən azad etdiyini deyib”.


Geri qayıt