|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Abşeron Express” MMC (VÖEN – 1101627341) olub. Yeniavaz.com açıqlanan rəsmi məlumata istinadən bildirir ki, “Abşeron Express” MMC Məşğulluq Agentliyi üçün anbar sahəsi icarəyə verəcək. İcarəyə götürüləcək anbarın ümumi sahəsi 15 000 kv. metr olacaq və bunun üçün “Abşeron Express” MMC-yə 24 aylıq icarə haqqı olaraq 2 milyon 739 min 598 manat 92 qəpik ödəniləcək. Rəqəmlərdən də göründüyü kimi, Agentlik icarəyə götürdüyü anbar sahəsinə hər ay 114 min 150 manat ödəyəcək. Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi ötən il də “Abşeron Express” MMC-dən anbar icarəyə götürüb. Ötən il Agentlik icarəyə götürdüyü anbar üçün hər ay 106 min 540 manat ödəyib. Məlumat üçün bildirək ki, “Abşeron Express” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 500 manat olan MMC-nin hüquqi ünvanı Qaradağ rayonu, Lökbatan ŞTQ, Xocahəsən, ev 57-də yerləşir. MMC-nin qanuni təmsilçisi Cəfərov Çingiz Aydın oğludur. “Absheron Express” MMC-nin Abşeron Logistika Mərkəzinin törəmə şirkəti olduğu bildirilir.
Geri qayıt
|