Əsas Səhifə > Güney Press > Kremllə İrəvan arasında QIRĞIN:

Kremllə İrəvan arasında QIRĞIN:


Bu gün, 17:11

Rusiya Dövlət Dumasının MDB İşləri üzrə Komitəsinin sədr müavini Konstantin Zatulin Ermənistanla ticarət-iqtisadi münasibətlərin yumşaldılması ehtimalı barədə danışıb. Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan hakimiyyətdə olduğu müddətcə bu, baş verməyəcək. Musavat.com-un verdiyi xəbərə görə, parlament üzvü hökumət başçısını “qorxaq” adlandırıb. Zatulin vurğulayıb ki, münasibətlərdəki bütün pisləşmə Moskvanın əleyhdarları ilə ittifaq qurmağa çalışan İrəvanın yürütdüyü siyasətlə bağlıdır.

Zatulin bildirib ki, dövri təmaslardan fərqli olaraq, Paşinyan hakimiyyətdə olduğu müddətcə heç bir yumşalma olmayacaq. O əlavə edib ki, Rusiya Ermənistanın şantajına təslim olmayacaq. Deputat həmçinin hesab edir ki, baş nazir uduzmaqdan qorxduğu üçün Avropa Birliyinə qoşulmaqla bağlı referendum keçirməyəcək.

Xatırladaq ki, Kreml lideri erməni baş naziri Moskvaya dəvət edib. Liderlərin müzakirəsinin əsas məzmununu referendum təşkil edəcək. Rusiya dövlət başçısı Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə Avropa Birliyi arasında seçim etməsini istəyir. Paşinyanın Bişkekdə Rusiya Prezidenti Vladimir Putinlə görüşdə verdiyi mesaj ondan ibarət idi ki, “biz daha sizin forpostunuz deyilik, bizim maraqlarımızı nəzərə alın”.

Bu gərginlik fonunda Paşinyan Fransada səfərdədir. O, Fransa pezidenti Emmanuel Makronla görüşəcək. Bu arada, Paşinyan komanda üzvlərinə anti-Rusiya bəyanatlarını müvəqqəti olaraq dayandırmaq barədə ciddi göstəriş verib. Bu barədə “İravunk” Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasındakı mənbələrə istinadla məlumat yayıb. Nəşr Ermənistan hökumətinin başçısının komanda yoldaşlarında dediyi sözlərdən sitat gətirib: “Gedib-qayıdım, sonra son yolu (yekun xarici siyasət kursunu - red.) müəyyən edəcəyik. İndi nə bu tərəf, nə də o tərəfdir”.

Görünən budur ki, Ermənistan hakimiyyəti strateji seçimlə bağlı qərar verənə qədər Moskva onun yaxasından əlini çəkməyəcək. Erməni məhsullarına qadağa, iqtisadi təzyiqlər daha da güclənəcək. Qarşıda isə qazın qiymətinin qaldırılması gəlir.

Musavat.com


Geri qayıt