Əsas Səhifə > Güney Press > Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıb
Nəcəf Nəcəfovun məzarından barelyefi oğurlayan şəxs saxlanılıbBu gün, 16:40 |
|
Nəcəf Nəcəfovun məzarından barelyef oğurlanıb. Bu barədə sentyabrın 9-u səhər tezdən məlum olub. Vandalizm aktı İkinci Fəxri xiyabanda (Qurd qapısı) baş verib. Bürünc barelyef başdaşının üzərinə quraşdırılmış “Azərbaycan gəncləri” və “Azadlıq” qəzetlərinin iki səhifəsini əks etdirir. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü Ülvi Kazımov yaxalanıb. Oğurlanmış barelyefin satıldığı i yer aşkar edilib və maddi sübut kimi götürülüb. Baxış zamanı barelyefin hissələrə doğranmış vəziyyətdə olduğu müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. Nəcəf Nəcəfov 80–90-cı illərdə hər iki qəzetin redaktoru, sonradan isə milli azadlıq hərəkatının liderlərindən biri olub. Elçibəy hökumətində o, prezidentin müşaviri postunu tutub. 1999-cu ildə vəfat edib. 2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın müstəqil jurnalistikasının formalaşmasındakı böyük xidmətlərinə görə Nəcəf Nəcəfovu ölümündən sonra “Şöhrət” ordeni ilə təltif edib. Yasamal Rayon Polis İdarəsi cinayətkarların axtarışı ilə məşğuldur.
Geri qayıt |