Əsas Səhifə > Güney Press > “Hər əkilən ağac havanı çirklənmədən qoruyur”

“Hər əkilən ağac havanı çirklənmədən qoruyur”


Bu gün, 15:29

Gundemxeber.org xəbər verir ki, faktinfo.az saytının baş redaktoru çoxlu sayda ağac əkib. Ağaclara müxtəlif təyinatlar üzrə qulluq edib, onları yay aylarında hər gün, payız fəslində isə həftədə bir dəfə suvarıb. Eləcə də əkilən ağacları şəxsi əlaqələri hesabına əldə edib. Bu məlumatı SəngərTV- nin efirində yaşıllaşdırma sahəsi üzrə mütəxəssis , aqranom Xanəhməd Əsgərov səsləndirib. Xəbər yutubda yayımlanıb. Marağımızı nəzərə alıb Gundemxeber.org olaraq jurnalist Fuad İsgəndərovla əlaqə saxlayıb. Baş redaktor çinar və şam ağaclarından ibarət 50-yə yaxın ağacı 2023-cü il dekabr ayının 31- də əkdiyini, onlara bu günün özündə də bir neçə istiqamət üzrə qulluq edib, suvardığını sayıtımıza təsdiqlədi. Bakı şəhərində ağac əkməyin asan olduğunu, ağacı yetişdirməyin isə sistemli zəhmət tələb etdiyini qeyd etdi. O, bu barədə əlavə danışmağa ehtiyac duymadığını, sadəcə, xüsusilə yay aylarında atmosferdə insan arqonizmi üçün təhlükəli olan çirklənməni zərərsizləşdirmək baxımından əkilən hər bir ağacın gələcəkdə daha əhəmiyyət kəsb edəcəyini vurğuladı. 



Geri qayıt