Əsas Səhifə > Güney Press > Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdən
Dövlət müəssisələrinin 1 milyon manatdan artıq pulunu mənimsəyən şəxslərdənBu gün, 12:10 |
|
Fəaliyyətsiz şirkətlərə dövlət müəssisələrindən satınalma təyinatı ilə köçürülmüş bir milyon manatdan artıq pulu mənimsəməkdə təqsirləndirilən İlahim Mehraliyev və Mehman Alməmmədovun barəsindəki qərardan kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. İttihama görə, İlahim Ərəstun oğlu Mehraliyev və Mehman Allahverdi oğlu Alməmmədov 2017-2019-cu illər ərzində rəhbərlik etdikləri 299 fəaliyyətsiz şirkətə dövlət müəssisələri tərəfindən satınalma təyinatı ilə köçürülmüş 1 milyon manatdan artıq pulu mənimsəyiblər. Həmçinin onlar sözügedən pulları leqallaşdırmaqda da təqsirli biliniblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunurlar. Bakı Ağır Cinayətlər Məhkəməsinin təqsirləndirilən Mehman Alməmmədov 10 il 3 ay, İlahim Mehralıyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Eyni zamanda, hər iki şəxs 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan da məhrum edilib. Təqsirləndirilən hər iki şəxsə ittiham olunduqları Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə) maddəsi ilə bəraət verilib. Həmçinin Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsinin məsuliyyətə cəlbetmə müddəti bitdiyi üçün cəza təyin edilməyib. Geri qayıt |