Əsas Səhifə > Güney Press / Ana xəbər > Misir Mərdanovu MEA-ya seçkilərdə niyə uduzdurdular?

Misir Mərdanovu MEA-ya seçkilərdə niyə uduzdurdular?


4-07-2014, 15:09
Misir Mərdanovu MEA-ya seçkilərdə niyə uduzdurdular?
MEA-nın Fizika İnstitutunun şöbə müdiri, tanınmış alim, fizika-riyaziyyat elmləri doktoru Elman Şahverdiyev В«TəzadlarВ»a Prezident İlham Əliyevə ünvanlı növbəti müraciətini göndərib.

В«TəzadlarВ» həmin müraciəti təqdim edir:

-Çox hörmətli Cənab Prezident!

Ötən müraciətimdə məlumat verdiyim kimi, bu dəfə də təkrar bildirmək istəyirəm ki, AMEA-ya “seçkilər” marafonu 2 il yarımdan sonra nəhayət ki, adəti kimi Prezident Administrasiyasından gələn təyinat siyahısı üzrə keçirildi.

Mən fizika üzrə müxbir üzvlüyə namizəd idim. 01 iyul tarixdə Sizə müxbir təyin edilmiş müxbir üzvlər barədə yazmışdım. Həqiqi uzv təyin edilmış Bahadur Tagıyevin işlərinə ən konservativ data bazası olan SCOPUS da cəmi 132 sitat (Hirş indeksi-6), Təyyar Cəfərovun işlərinə 165 sitat (Hirş indeksi-7) var idi. Cavad Abdinovun işlərinə isə sitatlar çox aşağı- iki rəqəmli ədədlə ifadə olunurdu. Müqayisə üçün deyim ki, mənim işlərimə SCOPUS-da 549 sitat vardır. Hirş indeksim isə 12-dir. Bildirmək istəyirəm ki, göstəricilərim bütün AMEA üzvləri arasında bütün elm sahələri üzrə ən yüksəkdır və istər Azərbaycanda, istərsə də xarıcdə çalışan bütün həmvətənlərimiz arasında belə, ən yaxşılarındandır.

Buna baxmayaraq, mən müxbir üzv təyin edilmədiyimdən “seçilmədim”. Əvəzində 1986-ildən bəri yalnız Azərbaycanda 1 məqalə dərc etdirmış (2007), ABŞ-da yaşayan, elmlə məşğul olmayan Rauf Hüseynov müxbir üzv təyin edildi. Ümumilikdə isə Fizika üzrə (cəmi 10 təyinat) ən azı dörd nəfəri Prezident Adminstrasiyasında çalışan bir məmurun Fizika İnstitutuna faktiki rəhbərlik edən və FRT bölməsinin faktiki kuratoru olan həyat yoldaşı Oktay Ələkbərov təyin etdirib. Bunu institutumuzda və MEA-da hamı bilir. Üc nəfəri isə nüfuzlu bir akademiyanın rəhbəri təyin etdirib. Qalanlar isə ən həlledici mərkəz tərəfindən bəlli dominant balanslaşdırma prinsipinə görə təyin ediliblər.

Cənab Pezident!

Sizin Azərbaycanın elm sahəsində dünyada tanınmasından ötrü çalışdığınızı, bu sahəyə istənilən qədər diqqət və qayğı göstərmək üçün səylərinizi bildiyimdən bu müraciəti Sizə ünvan edirəm. İstəyirəm biləsiniz ki, Sizin humanizm və vətənpərvərlik hissi ilə arzuladığınız, yüksək uğurlarını görmək istədiyiniz bir strateji sahə bəzi insanların əlində nəyə çevrilib, Azərbaycan elmi üzərində kimlər nəf güdür. Bu yolverilməzdir! Niyə dünya elmində Azərbaycanlı adı çəkilməsin, layiqli elm adamlarımız irəli getməsin? Nə vaxta kimi bəzi adamlar Azərbaycan elminə və gerçək alimlərinə badalaq vuracaqlar???

Xahiş edirəm, yaranmış vəziyyətdə AMEA-ya seçkilərin ləğv edilməsi və yeni seçkilərin keçirililməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz. Bu yüzlərlə layiqli alimlərimizin ürəyincə olacaq, Azərbaycan elminin gələcəyinə olan ümidləri birəbeş artıracaq.

Dərin hörmətlə:

Elman Şahverdiyev, fizika-riyaziyyat elmləri doktoru (AMEA-nın Fizika İnstitutu)

Bəs Elman Şahverdiyev kimdir?

Redaksiya müraciət müəllifi Elman Şahverdliyev barədə elmi mənbələrdən məlumat topladı. Məlum olur ki, Elman Məhəmməd oğlu Şahverdiyev 1958-ci ildə Cəbrayıl rayonunda anadan olub. Moskva Mühəndis-Fizika İnstitutunu bitirib. Moskvada Ümumi Fizika İnstitutunda namizədlik dissertasiyası müdafiə edib. 1997-ci ildən fizika-riyaziyyat elmləri doktorudur. AMEA Fizika İnstitutunda laboratoriya rəhbəridir və dinamik sistemlərdə xaosun idarə olunması problemləri ilə məşğul olur. Bu istiqamət dünya elmı üçün də nisbətən yenidir (20 il). Science Citation indeks jurnallarında 60-dan yuxarı məqaləsi dərc edilib. Demək olar ki, bütün məqalələri ingilis dilli jurnallarda dərc olunub. Aldığı fundamental nəticələr proqnozlaşdırmada, informasiya mübadiləsi zamanı məxfiliyin artırılmasında, kompakt və daha sürətli kompyuterlərin yaradılmasında, sistemlərlin fəaliyyətinin optimallaşdırılmasında, epidemik xəstəliklərin yayılmasının qarşısının alınmasında, yüksək sürətli wi-fi sistemlərində, distant security scan məsələlərində və sair istifadə oluna bilər.

Elmi fəaliyyəti elmimizin dünya elminə inteqrasiyası istiqamətində davam edir. İndiyə qədər 14 beynəlxalq qrant alıb (Yaponiya, Böyük Britaniya, İtaliya, Portuqaliya, Almaniya Universitetlərindən). 30 ildən artıq fəaliyyət göstərən Avropa İttifaqı Cərçivə Proqramları daxilində İndividual qrantı alan yeganə azərbaycanlı alimdir.

Elmi işləri haqqında Beynəlxalq mediada 25-ə yaxın populyar məqalələr dərc olunmuşdur. Nüfuzlu “London Press Service” 4 Dekabr, 2001-ci ildə Elman Şahverdiyevin də həmmüəllifi olduğu məqaləyə aid yazısında bu məqalədə alınan nəticəni Minilliyin ən mühüm eksperimentlərindən biri kimi xarakterizə etmışdir.

Alim, həmçinin 20-dən yuxarı Beynəlxalq jurnallarda resenzent kimi fəaliyyət göstərir. Amerikada dərc olunan В«Dynamical and Control Systems (IASR)В» Jurnalının Editorlarından biridir.

Məqalələrinə olan sitatların sayı 1000-dən yuxarıdır (scholar.google.com). Ən çox sitatları olan ilk iki məqaləsinin hərəsinə 200-ə yaxın sitat verilib. Hirş indeksi isə 15-dir. Bu göstəricilər Azərbaycan alimləri arasında bütün elm sahələri üzrə ən yaxşılarındandır. 4 Oktyabr, 2012-ci ildə Thomson Reuters Korporasiyası Azərbaycan fizikləri arasında Elman Şahverdiyevi “Fizikada Mükəmməlliyə” diplomu ilə təltif etmişdir. Bu barədə məlumat nüfuzlu В«Wall StreetВ» Jurnalında da dərc olunmuşdur (11 Oktyabr, 2012).

-Bəs Misir Mərdanovu MEA-ya seçkilərdə niyə uduzdurdular?

-AMEA Fizika institutunun alimi, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əsədovu kimlər incik saldı, niyə MEA-ya seçkilərdə yaxına buraxmadı?

Hazırda daha geniş yazı çapa hazırlanır. Bizi izləyin!

Geri qayıt