Əsas Səhifə > Güney Press > “Mərcan” brendinin məxsus olduğu şirkətdə

“Mərcan” brendinin məxsus olduğu şirkətdə


Bu gün, 12:08

“APC Nova Company” MMC (VÖEN – 1407734061) fəaliyyətinə xitam verilərək “Azerbaijan Poultry Company” MMC-yə (VÖEN – 7400292661) qoşulub.
Yeniavaz.com
xəbər verir ki, bu qoşulma nəticəsində “Azerbaijan Poultry Company” MMC yenidən təşkil olunub.
Məlumat üçün bildirək ki, fəaliyyətinə xitam verilən “APC Nova Company” MMC bu ilin iyul ayında “LU-MUN Holding” MMC-nin tərkibindən ayrılma nəticəsində yaranıb.
Qeyd edək ki, bu ayrılma nəticəsində başqa bir şirkət də - “LMH Nova Company” MMC də təsis edilib.
Onu da bildirək ki, “Mərcan” brendi altında quş əti məhsulları istehsal edən “Azerbaijan Poultry Company” MMC 10 sentyabr 2012-ci il tarixində dövlət qeydiyyatına alınıb.
MMC-nin nizamnamə kapitalı 78 milyon 33 min 687 manat təşkil edir. Qanuni təmsilçisi isə Məmmədli Kənan Xanoğlan oğludur.
MMC ölkənin aparıcı şirkətlərindən biri olan “Lu-Mun Holdinq” MMC-nin tərkibində fəaliyyət göstərib.
2017-ci ildən fəaliyyət göstərən “Lu-Mun Holdinq” MMC Azərbaycanda kənd təsərrüfatı və qida istehsalı sahələrində irimiqyaslı layihələr həyata keçirən investisiya şirkəti olub.
“Lu-Mun Holdinq”in balıq istehsalı sahəsində “Azerbaijan Fish Farm” MMC, quşçuluq sahəsində “Azerbaijan Poultry Company” MMC, ekoloji təmiz məhsullar sahəsində “Azerbaijan Organic Company” MMC və qızılgüllər istehsalı sahəsində “Azerbaijan Flowers Company” MMC kimi törəmə müəssisələri mövcud olub.
Xatırladaq ki, “Mərcan” brendi “Azerbaijan Poultry Company” MMC-dən əvvvəl “Ucaq Aqro” MMC adlı şirkətə məxsus olub. Bu şirkət sabiq nəqliyyat naziri Ziya Məmmədovun ailə üzvlərinə bağlı olan “Garant Holding”in tərkibində fəaliyyət göstərib.


Geri qayıt