Əsas Səhifə > Güney Press > Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi

Gömrük Komitəsi Füzuli Cabbarovun “Fin-Plast" şirkətini cərimələdi


Bu gün, 09:50

“Fin-Plast İnternational” Məhdud Məsuliyyətli Cəmiyyət “MMC” cərimə olunub.

"DİA-AZ" Yurd.Media-ya istinadən qeyd edir ki, Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin tərtib etdiyi protokola əsasən MMC-nin ünvanına daxil olmuş taxta yükləri gömrük bəyannaməsində uyğunsuzluq aşkarlanıb.

“Fın-Plast İnternational” MMC tərəfindən “Mazımqara” gömrük postundan keçməklə Azərbaycan gömrük ərazisinə gətirilən mallara dair tərtib edilmiş gömrük bəyannaməsinin 22-ci qrafasında valyuta kodu 978 avro qeyd edilib, lakin qısa idxal bəyannaməsinin 22-ci qrafasında valyuta kodu 840 ABŞ dolları qeyd olunub.

Nəticədə, Bakı Baş Gömrük İdarəsinin Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş raporta əsasən “Fın-Plast İnternational” MMC tərəfindən mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə gömrük orqanına təhrif olunmuş məlumat verilib.

MMC-nin barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə protokol tərtib edilib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə MMC 300 manat cərimə olunub.

"Fin-Plast İnternational" MMC, Azərbaycanın polietilen qablaşdırma və çap sənayesində fəaliyyət göstərən qabaqcıl istehsalçı şirkətlərindən biridir. 1998-ci ildə Sumqayıt şəhərində iş adamı Füzuli Cabbarov tərəfindən təsis edilmiş müəssisə, flexoqrafik çap texnologiyasından istifadə edərək müxtəlif növ polimer paketlərin istehsalı üzrə ixtisaslaşıb.


Geri qayıt