Əsas Səhifə > Güney Press / Partiya > "İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..."
"İndiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var..."Bu gün, 04:46 |
|
"Cəmiyyət tarixən təsisatlardan ibarətdir. Bu təsisatlar içində ailə də var, ordu da, prezident də, şəhid anaları da, parlament də, media da, peşə ittifaqları da, hüquq-mühafizə də, din xadimləri də və s..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Onların hər birinin nüfuzlu söz sahibi olması cəmiyyətin siyasi və mənəvi kompasına işləməyə imkan verir.
Ancaq indiki Azərbaycanda ikicə təsisatın sorğulanmayan nüfuz sahibi olmağa ixtiyarı var. Qalan heç kimin ictimai nüfuzu “olmamalıdır”. Vaxtaşırı təbliğati əməliyyatlarla bütün digər təsisatlar və onların aparıcı şəxsləri mütləq gözdən salınır.
Bu “nüfuzların idarə edilməsi” sistemini hələ deşifrə etməmisinizsə, onda ictimai mövzularda heç nə anlamırsınız. “Avtoritarizm” sözü tərcümədə “nüfuz” sözündən törəmədir. Bunu ağlınızdan keçirdinizsə, təsəvvürünüzdə hər şey öz yerinə oturacaq..."
Geri qayıt |