Əsas Səhifə > Güney Press > Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi

Sevinc Hüseynovanın Afət Fərmanqızı barəsində şikayəti icraata götürülmədi


Bu gün, 17:36

Bloger Sevinc Hüseynovanın müğənni Afət Fərmanqızı barədə xüsusi ittiham qaydasında verdiyi ərizəyə baxılıb.

"Unikal"ın əldə etdiyi məlumata görə, Tovuz Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.

Qərara əsasən, blogerin müğənni Afət Fərmanqızı barəsində verdiyi faktlar heç bir əsas daşımadığından şikayət ərizəsi icraata götürülməyib.

Faktı müğənninin vəkili Asim Abbasov təsdiqləyib.

Qeyd edək ki, bloger Sevinc Hüseynova Afət Fərmanqızının Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Tovuz Rayon Məhkəməsinə müraciət etmişdi.


Geri qayıt