Əsas Səhifə > Güney Press > “Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır”

“Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır”


Bu gün, 16:16

Ermənistanın ikinci prezidenti Robert Köçəryanın oğlu, deputat Levon Köçəryan sentyabrın 8-də keçirdiyi mətbuat konfransında atasının həbsi ilə bağlı diqqətçəkən açıqlamalar verib.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.

Köçəryan bildirib ki, Ermənistan-Rusiya münasibətləri Robert Köçəryanın həbs olunmasının əsas səbəblərindən biridir. Onun sözlərinə görə, atası həmişə Rusiya ilə dostluq, tərəfdaşlıq və strateji əlaqələrin tərəfdarı olub.

Qərblə münasibətlərin inkişaf etdirilməsinin vacibliyini vurğulayan deputat, bunun Rusiya ilə düşmənçilik hesabına aparıldığını qeyd edib. O, hakimiyyətin ölkəni geosiyasi maraqların toqquşma mərkəzinə sürüklədiyini və səhvlərə bəraət qazanmaq üçün süni qorxular yaratdığını iddia edib.

Rusiya liderinin köməkçisinin yaxınlaşan görüşlər öncəsi bu məsələyə toxunmasının məsələnin nə qədər mühüm olduğunu göstərdiyini deyən Levon Köçəryan, hakimiyyətin xarici siyasət kursunu və daxildəki siyasi təqibləri kəskin şəkildə tənqid edib.


Geri qayıt