Əsas Səhifə > Güney Press > Telli aparıcıları yıxıb-sürüdü:

Telli aparıcıları yıxıb-sürüdü:


Bu gün, 13:07

“Mənim quyruğunu basanın kimliyindən asılı olmayaraq, başından basacağam”.

Yenicag.azxəbər verir ki, bu sözləri Aşıq Telli Borçalı MTV-nin efirində deyib.

O, bəzi aparıcıları sərt şəkildə tənqid edib:

“Axı bura efirdir, uzaqbaşı bir dəfə səhv edə bilərsən. İkinci dəfə səhv edəndə sən onun necə lazımdır, payını verirsən. Ona yerini göstərirsən ki, sən aparıcı ola bilərsən, amma boyundan qabağa sıçraya bilməzsən. Ona görə də mən həmişə demişəm: etdiklərimə, dediyim sözlərə görə peşman deyiləm. Axı mən səni yola vermişəm, ikinci dəfə səhv edə bilməzsən. Ona görə də həmin insanlara yerini tanıtmaq, sözünü demək lazımdır. Əvvəllər deyirdim ki, nə işim var, indi yox. Mən deməyim, kimsə deməsin, bəs kim desin? Nəinki söz demək, onu çiləmək lazımdır. Onu çiləyənə qədər əl çəkmirəm. Məndə o xarakter var. Mənim quyruğunu basanın kimliyindən asılı olmayaraq, başından basacağam”.


Geri qayıt