Əsas Səhifə > Güney Press > Prokuror müğənni qardaşını öldürənə
Prokuror müğənni qardaşını öldürənəBu gün, 13:04 |
|
Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını qətlə yetirməkdə təqsirləndirilən Xasay Quliyevin cinayət işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib. Lent.az xəbər verir ki, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən Xasay Quliyevin 19 il azadlıqdan məhrum edilməsini təklif edib. Müdafiə vəkili çıxış üçün vaxt istəyib. Növbəti proses 14 sentyabr saat 16:30-a təyin olunub. Xatırladaq ki, hadisə 2025-ci il avqustun 12-də Laçın rayonu ərazisində baş verib. Hadisə zamanı Səfər Quliyev ov tüfəngi ilə qətlə yetirilib. Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib. Faktla bağlı cinayət işi başlanılıb, X.Quliyev Cinayət Məcəlləsinin 120.2.4 (qəsdən adam öldürmə - xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub. Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir. Qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış. Geri qayıt |