Əsas Səhifə > Güney Press > 16 il sonra qayıtdılar, trendi alt-üst etdilər

16 il sonra qayıtdılar, trendi alt-üst etdilər


Bu gün, 11:36

Xalq artisti Aygün Kazımova və meyxanaçı Namiq Qaraçuxurlunun 16 illik fasilədən sonra yenidən duet oxuması şou-biznesdə böyük səs-küy yaradıb.

İfaçıların uzun fasilədən sonra əməkdaşlığa qayıtması onların duetinə olan marağı daha da artırıb. Pop diva və Namiq Qaraçuxurlunun “Gəlirəm” adlı mahnısı bir neçə gündür sosial şəbəkələrdə və rəqəmsal platformalarda trenddədir.

Mahnı yutubda trend siyahısında ilk pilləyə yüksəlib və artıq 1,5 milyondan çox izlənilib. Minlərlə sosial şəbəkə istifadəçisi “Gəlirəm”ə video çəkərək mahnının populyarlığını daha da artırıb.

Xüsusilə TikTok-da böyük maraqla qarşılanan bəstə platformada ən çox videosu çəkilən mahnılardan birinə çevrilib. “Gəlirəm” həmçinin digər rəqəmsal musiqi platformalarında da qısa müddətdə ilk sıralara yüksəlib.

Beləliklə, Aygün Kazımova və Namiq Qaraçuxurlunun 16 il sonra bir araya gəlməsi gözlənilən duetdən daha böyük rezonans yaradaraq, ilin ən çox danışılan musiqi layihələrindən birinə çevrilib.

Axşam.az


Geri qayıt