Əsas Səhifə > Güney Press > "Öz şəhərimizi niyə yazaq ki?"
"Öz şəhərimizi niyə yazaq ki?"Bu gün, 11:09 |
|
“Cıdır düzündə olan daşlar tarixi abidə sayılır. Onların hər birinin özünün tarixi var. O daşlara yazıların yazılması, turistlərin bu nalayiq hərəkəti yolverilməzdir. Bu Şuşa kimi şəhərə yaraşmaz. Yaraşmır da. O torpaqlarda qanlar tökülür. Bura Almaniya deyil ki, divarları yazaq.. Bilirsiniz ki, Almaniyada, 1945-ci ilin mayında sovet qoşunlarının Reyxstaqı ələ keçirməsindən sonra əsgərlər binanın divarlarına adlarını və qələbə şüarları yazmışdılar. Bu tarixi yazılar bu gün də binada qorunub saxlanılır və tarixi irs hesab olunur. Şuşa isə bizim öz şəhərimizdir. Öz şəhərimizi niyə yazaq ki?”
Bunu Moderator.az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin sədri Anar deyib.
O daha sonra əlavə edib:
“Şəhid ailələrinə bu hərəkət pis təsir edir. Onların övladları, qardaşları, yoldaşları orada son damla qanlarına qədər döyüşüblər. Şəhid ailərinə hörmətlə yanaşmalıyıq. Hər birimiz bu sözü deyirik. Amma buna əməl də etməliyik. Şuşaya edilən bu səhv addım və hərəkət şəhidlərimizin ruhuna toxunur. Tariximizə, tarixi abidələrimizə sahib çıxmalıyıq. Bu vandalizm aktıdır və böyük məsuliyyətsizlikdən yaranıb”.
Geri qayıt |