Əsas Səhifə > Güney Press > Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdi
Ermənistan müdafiə naziri orduya fasiləsiz təlim əmri verdiBu gün, 10:52 |
|
Ermənistan müdafiə naziri Suren Papikyan Müdafiə Nazirliyinin bir sıra təlim mərkəzləri və hərbi hissələrinə yoxlama səfərləri həyata keçirib. Teleqraf xəbər verir ki, nazir təlim prosesinin təşkilini və görülən cari işləri izləyib, hərbi qulluqçuların gündəlik həyatı ilə tanış olub, kazarmaların və infrastruktur obyektlərinin tikintisi ilə maraqlanıb. Suren Papikyan həmçinin PUA və rabitə qüvvələrinin təlim mərkəzlərinə baş çəkib, şəxsi heyətin hazırlıq səviyyəsi və xidmətin gündəlik fəaliyyətinin səmərəli təşkilinə yönəlmiş işlərlə tanış olub. Səfərlərin sonunda müdafiə naziri aidiyyəti bölmələrin rəhbərlərinə təlim prosesinin fasiləsiz həyata keçirilməsi, infrastrukturun inkişaf etdirilməsi və xidmət şəraitinin davamlı şəkildə yaxşılaşdırılması istiqamətində tapşırıqlar verib. Geri qayıt |