Əsas Səhifə > Güney Press > Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
Azərbaycan neftinin qiyməti 107 dolları ötübBu gün, 09:07 |
|
Dünya bazarında Azərbaycan neftinin qiyməti 107 dolları ötüb. "APA-Economics" xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 3,11 ABŞ dolları və ya 2,98% artaraq 107,31 ABŞ dollarına yüksəlib. Bundan əvvəl Azərbaycan nefti 104,20 ABŞ dollarına ticarət edilmişdi. Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Geri qayıt |