Əsas Səhifə > Güney Press > "Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali Məhkəmədə
"Bakı Şəhər Halqası"nın sabiq şöbə rəisinin işi Ali MəhkəmədəBu gün, 08:52 |
|
"Bakı Şəhər Halqası" əməliyyat şirkətinin “Formula 1”in təşkili üçün ayrılmış dövlət vəsaitini mənimsəməkdə və cinayət yolu ilə ələ keçirilmiş pulları leqallaşdırmaqda ittiham olunan keçmiş şöbə rəisi Çingiz Mehdiyevin barəsindəki qərardan kassasiya şikayəti verilib. Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi İlqar Cəfərovun sədrliyi ilə araşdırılacaq. Qeyd Ç.Mehdiyev külli miqdarda dövlət vəsaitini mənimsəməkdə və həmin pulları qanunsuz leqallaşdırmaqda ittiham edilir. Cinayətin üstü Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılan araşdırma nəticəsində açılıb. İttihama görə, Ç.Mehdiyev “Formula 1” yarışları ərəfəsində marşallar üçün geyim, ləvazimat, yağçəkən parçalar və digər əşyaları sifariş verərkən malların qiymətini süni şəkildə artırıb. Dövlət büdcəsindən ayrılmış pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb. Qiymət şişirtməsi nəticəsində əldə edilmiş pullar isə qəsdən mənimsənilib. Həmçinin o, özünə etibar edilmiş külli miqdarda vəsaiti talamaq niyyəti ilə ofşor zonada - Seyşel adalarında cinayətdən xəbərsiz anasının adına yaratdığı şirkəti “Formula 1” yarışlarının keçirilməsi üçün ixtisaslaşmış təşkilat kimi təqdim edərək müqavilə bağlatdırıb. İstintaqla Ç.Mehdiyevin ümumilikdə 397 852 min manat dövlət vəsaitini mənimsədiyi üzə çıxıb. Bundan əlavə o, əldə etdiyi pulların həqiqi mənbəyini gizlətmək məqsədilə külli miqdarda pul vəsaitlərini xarici banklara köçürərək leqallaşdırıb. Qeyd olunan əməllərə görə, Ç.Mehdiyevə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 12.1, 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü ( vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib. Həmçinin 1 milyon manata yaxın qiymətləndirilən əmlakları üzərinə həbs qoyulub. İstintaq dövründə Ç.Mehdiyev 100 min manatı dövlət büdcəsinə ödəyib. Bakı Ağır Cinayətlər Məhkəməsində bəyan edilib ki, Ç.Mehdiyeva külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması maddələri ilə verilmiş ittihamlar məhkəmədə təsdiqini tapıb. Bu əsasla o, qeyd olunan ittihamlarla təqsirli bilinir, lakin mənimsəmə epizodu üzrə dəymiş ziyan tam ödənildiyindən həbslə bağlı olmayan cəza təyin edilir. Hökmə əsasən, Ç.Mehdiyevə 8 il müddətinə şərti cəza verilib. Onun 1 milyonluq əmlakı (evlər və torpaq sahələri) üzərinə qoyulmuş həbs qərarı da ləğv edilib. Beləliklə, Ç.Mehdiyev 1 illik məhkəmə araşdırmasının nəticəsi ilə üzləşib. O, son anda dövlətə dəymiş ziyanı ödəməsi sayəsində azadlıqda qala bilib. Geri qayıt |