Əsas Səhifə > Güney Press > Qarabağ canisi olan general Ermənistandan imtina etdi

Qarabağ canisi olan general Ermənistandan imtina etdi


Bu gün, 16:55

Birinci Qarabağ müharibəsinin hərbi cinayətkarlarından olan general-leytenant Norat Ter-Qriqoryan Ermənistan vətəndaşlığından imtina edib.

Publika.az xəbər verir ki, bu barədə Norat Ter-Qriqoryan “İravunk” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, Ermənistanın Rusiyadakı konsulluğuna gedərək, pasportunu qaytarıb: “Onlar təəccüblə məndən “nə etdiyimi” soruşdular. Mən də dedim ki, “Ermənstanda hakimiyyətə bir ovuc ermənini satan insanlar gəliblərsə, mən nə etməliyəm?”. Pasportumu verdim və Ermənistan prezidentindən mesaj aldım: “Siz vətəndaşlıqdan məhrum edilmisiniz”. Əlvida, bir daha Ermənistana gəlməyəcəm”.

Qeyd edək ki, Norat Ter-Qriqoryan 1990-cı illərdə Ermənistan ordusunun formalaşmasında iştirak edib. O, Ermənistanda Rusiya hərbi qüvvələrinin yerləşdirilməsi ideyasının müəlifidir.


Geri qayıt