Əsas Səhifə > Güney Press / Ana xəbər > Sabir Rüstəmxanlı qardaşının ölkədən qaçmadığını deyir

Sabir Rüstəmxanlı qardaşının ölkədən qaçmadığını deyir


4-07-2014, 12:42
Sabir Rüstəmxanlı qardaşının ölkədən qaçmadığını deyir
“Qardaşım Əlövsət Əliyevin xarici ölkəyə qaçması ilə bağlı xəbərlər əsassızdır”, - deputat Sabir Rüstəmxanlı qardaşının qaçması ilə bağlı yayılan xəbərləri Turan-a şərh edərkən bildirib.

Onun sözlərinə görə, qardaşı hazırda Almaniyadadır. Qardaşının bu ölkəyə getməsnə səbəb isə oğlunun bu ölkədə yaşaması və nəvəsinin dünyaya gəlməsidir. “O, bu yaxınlarda ölkəyə qayıdacaq”, - S.Rüstəmxanli duruma aydınlıq gətirib. O, qardaşının ölkədən qaçması haqda xəbərləri yaymaqda maraqlı qüvvələrin olduğunu nəzərə çatdırıb.

Eyni zamanda S.Rüstəmxanlı oğlu Cəmil Rüstəmxanlının “Azəryolservis”də vəzifə alması ilə bağlı məsələyə də münasibətini bildirib. Belə ki, oğlunun beynəlxalq bölmədə bir neçə ildir ki, çalışdığını deyib. Onun bu bölmədə qrup rəhbəri təyin olunmasına səbəb kimi xaricdə təhsil alması, bir neçə dil bilməsi kimi keyfiyyətləri göstərilib. “Onsuz da qohum-əqrəbadakı gənclərin çoxu işsizdir, yəni S.Rüstəmxanlının övladının işləməsi sensasiyadırmı?”, - S.Rüstəmxanli yayılan xəbərə münasibətini ifadə edib.

Geri qayıt