Əsas Səhifə > Güney Press > Kremldən ŞOK AÇIQLAMA:
Kremldən ŞOK AÇIQLAMA:Bu gün, 15:10 |
|
Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada keçiriləcək görüşdə Ermənistanın inkişaf istiqamətinin seçilməsi və ölkədə müvafiq referendumun keçirilməsi məsələlərini müzakirə edə bilərlər. Musavat.com xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib. Peskov liderlərin Bişkekdə baş tutan əvvəlki görüşünün olduqca məzmunlu və vacib keçdiyini xatırladıb: "Həmin görüşdə ikitərəfli ticarət-iqtisadi əməkdaşlıqla bağlı konkret məqamlar müəyyənləşdirildi və müvafiq qurumlar hazırda bu məsələlər üzərində işləyirlər. Lakin ən baş xətt – cənab Paşinyanın yaxın vaxtlarda Moskvaya səfər etməsi barədə əldə olunan razılaşmadır". Kreml sözçüsünün bəyanatına görə, dövlət başçıları ikitərəfli münasibətlərin ana mövzusunu – Ermənistanın gələcək orientasiyasını, inkişaf kursunu və bu xüsusda referendumun təşkili məsələsini hərtərəfli nəzərdən keçirəcəklər. Geri qayıt |