Əsas Səhifə > Güney Press > "Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?"
"Toya 200 manat yazdırıram, ayda 8 toya getsəm mənə nə qalır, bu nə biabırçılıqdır?"Bu gün, 11:03 |
|
"Toylarımız çox biyabırçıdır. Qardaşım oğluna toy etdi. 200-300 manatla getmək olmur. İndi toya 50,100 manat yazdırmaq mümkün deyil. Ayıbdır belə etmək. Mən üzdə olan adamam. 1200-1500 manat civarında maaş alıram. Ayda ən azı 8-10 toya çağırırlar. Hər birinə 200 manat yazdırsam özümə nə qalır?! Getməsəm də olmur. O məni sayıb çağırıb. Yası da, toyu da, bəzi adətlərimizi də düzətməliyik".
Bunu Moderator.az-a açıqlamasında tanınmış həkim, fizioloq Rəşid Mahmudov deyib.
O daha sonra əlavə edib:
"Əslində toylarla bağlı çoxdan ölçü götürmək lazım idi. Toya neynirsən 1000-1500 adam yığırsan?! Toya qohum-əqraba, dost-tanış gəlməlidir. Yoldan keçənlərin mənim toyumda nə işləri var? Bu düzgün deyil. Toy xərcləri dəhşət çoxdur. Müğənni yarım saat oxuyur 12 min manat qazanır, biz ayda 1200 manat maaşa sevinirik (gülür). Mənim bir şair qohumum var idi. O deyirdi ki, təzadlar üstündə qurulan həyat.. Səni sevindirir, məni yandırır. Bu həyat təzad üstündə qurulub.. Musiqi pis vəziyyətdədir. Toydan çıxandan sonra başından ağrı tutur, 2-3 günlərlə keçmir.
Mən arzu edirəm ki, insanlar yaxşı yaşasınlar, işləsinlər, tənbəl olmasınlar. Bizim xalq buna layiqdir.. Bir də görürsən telefonu kiməsə verirsən ki, al şəkilimi çək. Yalan olmasın, bəlkə də 1 dəqiqə çəkir şəkil çəkməyi. Biz tənbəlik. Qoçaq olmalıyıq".
Geri qayıt |