Əsas Səhifə > Güney Press > "QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı

"QHT işi" üzrə ittiham olunan mərkəz rəhbəri ilə bağlı


Bu gün, 11:01

Gəncə Apellyasiya Məhkəməsində "QHT işi" üzrə ittiham olunan Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


Qeyd: Gəncə Regional İcma Mərkəzinin rəhbəri olan Asəf Əhmədov ötən 2025-ci ilin martında "QHT işi" çərçivəsində saxlanılıb.


Ona qarşı Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərini sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.


Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Asəf Əhmədov 8 il azadlıqdan məhrum edilib.


Geri qayıt