Əsas Səhifə > Güney Press > Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydü
Bakıda 21 yaşlı gənc “niyə işləmirsən?” deyən atasını döydüBu gün, 16:35 |
|
Bakının Xəzər rayonu ərazisində 2005-ci il təvəllüdlü E.İsmayılzadə atasını döyüb. Xitab24.az-ın əldə etdiyi məlumata görə, buna valideynin övladına işləməməsinə görə irad bildirməsi səbəb olub. Mübahisə zəminində 21 yaşlı gənc atasına bir neçə yumruq zərbəsi endirib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açılıb. Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, təüsirləndirilən şəxsin azadlığı 9 ay müddətinə məhdudlaşdırılıb. Qeyd edək ki, zərərçəkmiş valideyn övladını bağışlamayıb, o, məhkəmədən oğlunun cəzalandırılmasını istəyib. Geri qayıt |