Əsas Səhifə > Güney Press > Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş verib
Putin üç gün ərzində Kiyevə zərbə endirməmək barədə göstəriş veribBu gün, 16:13 |
|
Rusiya prezidenti Vladimir Putin gecə yarısından başlayaraq üç gün ərzində Kiyevə zərbə endirməməyi əmr edib. APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, zərbələrin müvəqqəti dayandırılması Ukrayna paytaxtında amerikalı danışıqçılar Stif Uitkoff və Cared Kuşnerlə görüşlərə hazırlıq və keçirilməsi ilə əlaqədardır. Peskov Rusiya prezidentinin bu gün hər iki nümayəndəni qəbul edəcəyini də söyləyib. Geri qayıt |