Əsas Səhifə > Güney Press > Ermənistanın “komplementar siyasəti”
Ermənistanın “komplementar siyasəti”Bu gün, 12:56 |
|
Azərbaycan Cənubi Qafqazda sülhün və regional əməkdaşlığın möhkəmləndirilməsini, eləcə də “Cənubi Qafqaz evi” ideyasının reallaşdırılmasını dəstəkləyir. Bununla yanaşı, Ermənistanın son dövrdə Qərblə siyasi və təhlükəsizlik əlaqələrini genişləndirməsi, Rusiya ilə münasibətlərində isə gərginliyin artması regionun geosiyasi mənzərəsinə təsir edən əsas amillərə çevrilib. Ermənistanın xarici siyasətindəki dəyişikliklərin Azərbaycan və bütövlükdə Cənubi Qafqaz üçün hansı nəticələr doğura biləcəyi, eləcə də İrəvanın xarici siyasət kursunun regionda vahid əməkdaşlıq platformasının yaradılmasına təsiri müzakirə mövzusu olaraq qalır. Mövzu ilə bağlı sabiq səfir Nəsib Nəsibli Modern.az-a açıqlama verib: "“Qafqaz evi” məsələsinin uzun bir tarixi var. Hələ 1820-ci illərdən etibarən, eləcə də sonrakı dövrdə, xüsusilə siyasi mühacirət illərində Azərbaycan və Gürcüstan nümayəndələri bu ideyanı dəstəkləyib və onu regionun müstəqilliyinin, təhlükəsizliyinin əsas təminatlarından biri hesab ediblər. Lakin erməni tərəfi həmin dövrdə bu ideyaya fərqli yanaşırdı. Əvvəl Antanta və İngiltərənin yanında olmağa üstünlük verirdilər, sonrakı mərhələdə isə Rusiyaya yaxın siyasət yürüdüblər. Erməni siyasətçilərinin Rusiyaya bağlılığı tarixən məlum məsələdir. N.Nəsibli Rusiyanın Ermənistanda əvvəlki təsir imkanlarının müəyyən qədər bərpa oluna biləcəyi ehtimalı olduğunu bildirib: "Paşinyan hakimiyyətdə daim qalmaya bilər. Gələcəkdə siyasi vəziyyət dəyişə, Rusiyanın Ermənistanda əvvəlki təsir imkanları müəyyən qədər bərpa oluna bilər. Lakin mən hesab edirəm ki, Ermənistan ümumilikdə bu “komplementar siyasət”dən, yəni müxtəlif güc mərkəzləri ilə münasibətləri paralel şəkildə inkişaf etdirmək strategiyasından tamamilə imtina etməyəcək. Geri qayıt |