Əsas Səhifə > Güney Press > Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb”
Tanınmış azərbaycanlı aktrisa kinostudiyanın direktoru ilə “qırğına çıxıb”Bu gün, 11:36 |
|
“1963-cü ildən filmlərə çəkilməyə başlamışam. “Cazibə qüvvəsi”, “Sən niyə susursan?”, “Şir evdən getdi”, “Nəsimi” və s. filmlərim var. Daha sonra mənə mane oldular. O vaxt “Azərbaycanfilm” kinostudiyasının direktoru Cəmil Əlibəyov idi. Onun həyat yoldaşı məni sevmirdi. Başladılar məni filmlərdən “burmağa”. Rejissor Arif Babayev soruşurdu ki, “Ay Rəna, sən bunlara neyləmisən ki, səni çəkmək istəmirlər?”. O vaxt “Alma almaya bənzər” filmindən də dəvət gəlmişdi, amma mane oldu. Filmə çəkilməkdən xoşum gəlirdi, kino mənim həyatım idi. Amma bəxtim gətirmədi”. Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Rəna Səlimova deyib. O daha sonra direktorla münaqişəsinin səbəblərindən danışıb: “Cəmil Əlibəyov mənimlə Bayılda qonşu idi. Onların hamamı mənim qonaq otağımın arxasında idi. Qonaq otağıma ziyan dəymişdi. Nəmişlikdən divarlar sökülüb-tökülürdü. Şikayət etdim, gəlib baxdılar. Bu hadisədən sonra onun həyat yoldaşının məndən zəhləsi getməyə başladı. Cəmil Əlibəyov yoldaşından çox qorxurdu. Çünki çox vəzifəli şəxsin qızı idi. Neçə dəfə sınaq çəkilişlərindən keçmişdim, şəkilimi göstərəndə deyirdi ki, “yox, olmaz”. Cəmil Əlibəyovun arvadı qoymurdu ki, məni çəksinlər. İndi məni kim kinoya çəkəcək? Heç kino da yoxdur. Həyat yoldaşı rəhmətə getdi, özü də buradan köçüb getdi. Mən onları bağışlayıb halallıq da vermişəm. Əslində Cəmil Əlibəyov pis kişi deyildi, aləmi arvadı bir-birinə qatırdı. Mən onlardan xahiş edirdim ki, hamama gedəndə qapını yavaş açın. Kobud şəkildə mənə deyirdi ki, “biz indi neyləyək, buradan köçək?” deyə sənətkar bildirib. Geri qayıt |