Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiya iki günə Ukraynaya ordu yeridəcək
Rusiya iki günə Ukraynaya ordu yeridəcək4-07-2014, 11:45 |
![]() Rusiya iki günə Ukrayna ərazisinə "sülhməramlı qüvvə" yeridəcək. Axar.az xəbər verir ki, bu barədə Ukrayna mediasına Rusiya Xarici İşlər Nazirliyindəki mənbə bildirib. “Belə bir şey var. Vəziyyət ağırdır. İki gün əvvəl Pyotr Poroşenkoya Donetsk və Luqanskda konfliktin bir neçə aylıq dondurulması təklif olunmuşdu. Poroşenko bu planı qəbul etmədi və hər gün mülki şəxs ölür. Rusiyanın sülhməramlı əməliyyat planı hazırdır. Əgər o həyata keçirilsə, rus hərbi hissələri mülki insanların təhlükəsizliyini qorumaq üçün bir neçə iri şəhəri ələ keçirəcəklər”. “Bəs niyə görə Vladimir Putin Federasiya Şurasından Ukraynada hərbi əməliyyat aparmağa icazə verən qanunun ləğv edilməsini tələb etdi?” sualına mənbə, “Bu, Putinə Avstriya ilə danışıqlar aparmaq və Poroşenkoya xoşniyyətli olduğunu göstərmək üçün lazım idi” - cavabını verib. Geri qayıt |