Əsas Səhifə > Güney Press > Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçib
Gəlirləri kəskin düşən «Mərmər-İnşaat» sərt qənaətə keçibBu gün, 12:21 |
|
Tikinti materiallarının satışı ilə məşğul olan «Mərmər-İnşaat» şirkət 2026-cı ilini ilk yarısında gəlirlərinin kəskin enməsi ilə üzləşib. "DİA-AZ" şirkəti açıqladığı hesabata istinadən xəbər verir ki, nəticədə şirkət sərt qənaətə keçib, xərclər 3 dəfə azaldılıb. Bunun hesabına «Mərmər-İnşaat» çətinliklə də olsa cüzi mənfəətə çıxa bilib. Beləliklə… 2026-cı ilin ilk 6 ayında şirkətin gəlirləri 12 milyon 160 min manat olub. Satışın maya dəyəri isə 10,6 milyon manat olub (satış marjası 14,7% olub). Ümumi mənfəət isə 1,6 milyon manat təşkil edib. Şirkətin gəlirləri 2025-ci ilin eyni dövrünə nisbətən 4,8 milyon manat və ya 28 faiz azalıb. Xatırladaq ki, 2025-in eyni dövründə «Mərmər-İnşaat»ın gəlirləri 17 milyon manat, maya dəyəri isə 12,8 milyon manat olmuşdu (satış marjası 33% olub). Ümumi mənfəət isə 4,3 milyon manat təşkil edib. Başqa sözlə, 2025-ci illə müqayisədə şirkətin satdığı məhsul və xidmətlər üzrə satış marjası 2 dəfədən çox azalıb. 2026-cı ilin ilk 6 ayında şirkətin ümumi və inzibati xərləri sərt şəkildə, 3 qat azalaraq əvvəlki ilin eyni dövründəki 5 milyon manatdan 1,6 milyon manata enib. Beləliklə şirkət yarım ili 42 min manat əməliyyat zərəri ilə başa vurub. Belə vəziyyətdə «Mərmər İnşaatı» mənfəətə çıxaran amil məzənnə fərqindən əldə edilən 69 min manatlıq gəlir olub. Nəticədə şirkət 6 min manat da vergi ödəməklə, yarım ili 20 min manat xalis mənfəətlə tamamlaya bilib. 2025-ci ilin ilk yarısında isə əməliyyat zərəri olu qədər böyük (682 min manat) olmuşdu ki, onu maliyyə gəlirləri də bağlaya bilməmiş, və şirkət yarım ili 608 min manat xalis zərərlə tamamlamışdı. Mənfəətə çıxmasına baxmayaraq ilk yarım ildə «Mərmər İnşaat»da kəskin qənaət – ümumi və inzibati xərclərin 3 dəfə azalması diqqəti çəkir. 2025ci ilin ilk yarısında şirkət bir qədər də kiçilib – onun cəmi aktivləri ilin əvvəlindəki 57 milyon manatdan 46 milyon manata enib. Uzunmüddətldi aktivləri 2 milyon manat azalaraq 13,6 milyon manatdan 11,6 milyon manata enib. Azalmanın əsas səbəblərindən biri şirkətin vergiyə artıq ödəmələrinin təqribən 1,3 milyon manat azalmasıdır. Mal material ehtiyatları isə 13 milyon manatdan 6 milyon manata enib. Bu ilin ilk yarısında «MərMər-İnşaat» 3,3 milyon manatlıq debitor borclarının 2,6 milyon manatanı toplayıb. Bu vəsaitlər şirkətin 9 milyon manatdıq borclarının ödənilməsinə sərf edilib. 2026-cı ilin ilk yarım ilində «Mərmər-İnşaat»ın təsərrüfat fəaliyyətində müsğət cəhətlərdən biri borclarını ödəyib öhdəliklərini kəskin azaltması olub. Nəticədə cari öhdəliklər 10,3 milyon manatdan 1,8 milyon manata enib. Eyni zamanda şirkət öz təsisçisi qarşısındakı borcunu da 1,8 milyon manatını ödəyərək 19,7 milyon manatdan 17,9 milyon manata endirib. Banklara olan kredit borcu da 1,3 milyon manat azalaraq 6,2 milyondan 4,9 milyon manata enib. Ümumilikdə şirkətin öhdəlikləri 37,8 milyon manatdan 36,7 milyon manata enib. Cəmi kapital isə dəyişməyib – əvvəl olduğu kimi 19,7 milyon manat təşkil edir. Geri qayıt |