Əsas Səhifə > Güney Press > AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək

AYNA yollarda nişanlanma işlərinə 36,1 milyon manat xərcləyəcək


Bu gün, 10:35

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) bu il respublika üzrə yollarda nişanlanma işlərinə sərf edəcəyi vəsaitin həcmi açıqlanıb.

Bu barədə İqtisadiyyat.azqurumdan məlumat əldə edib.

Nişanlanma işlərinin həyata keçirilməsi üçün “STP-Btech” şirkəti 36.1 milyon manat ödəniş təklif edib.

Hazırda təklif dəyərləndirilmə mərhələsindədir və yaxın günlərdə müqavilə bağlanacağı gözlənilir.

Xatırladaq ki, AYNA ötən il respublika ərazisində - magistral yollarda xətlənmə işlərinə 11 milyon 465 min manat, nişanlanma işlərinə isə 33 milyon 549 min manat (ümumilikdə 45 milyon manat) vəsait sərf edib.


Geri qayıt