Əsas Səhifə > Güney Press > “Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib”

“Ermənistandan Azərbaycana ilk ixrac həyata keçirilib”


Bu gün, 15:40

Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsindən Azərbaycana ilk ixrac əməliyyatının artıq baş tutduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ermənistanın teleqram kanalları yayıb.

“İlk müqavilə (Ermənistandan Azərbaycana ixrac – red.) artıq baş tutub. Düşünürəm ki, şirkətlər özü bu barədə məlumatı açıqlayar”, - deyə Paşinyan qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan XİN rəhbəri Ararat Mirzoyan yaxın günlərdə ölkəsindən Azərbaycana ilk ixrac barədə məlumat veriləcəyini açıqlamışdı.


Geri qayıt