Əsas Səhifə > Güney Press > Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb

Əhməd Davudoğlu barəsində araşdırma başlanılıb


Bu gün, 15:28

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu barəsində “prezidenti təhqir etmək” ittihamı ilə Ankara Baş Prokurorluğu tərəfindən araşdırmaya başlanılıb.

Buna səbəb siyasətçinin 14 aprel 2022-ci ildə səsləndirdiyi fikirlər olub. Bildirilib ki, bir neçə il sonra həmin açıqlamalara dair paylaşımlar sosial şəbəkələrdə yenidən geniş şəkildə yayılıb və bundan sonra prokurorluq araşdırmaya başlayıb.

Qeyd edək ki, Davudoğlu 29 iyul 2026-cı ildə siyasi karyerasını başa vurduğunu elan edib. 2014 –2016-cı illərdə Türkiyənin baş naziri, 2009-2014-cü illərdə isə Türkiyənin xarici işlər naziri vəzifələrini tutub.


Geri qayıt