Əsas Səhifə > Güney Press / Ana xəbər > Prezident səfirləri Bakıya niyə çağırdı?
Prezident səfirləri Bakıya niyə çağırdı?4-07-2014, 10:54 |
![]() Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlərinin Bakı görüşü iyulun 9-da keçiriləcək. Bu barədə AzVision.az-a açıqlamasında Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov məlumat verib. Səfir bildirib ki, diplomatların Bakıya gəlməsi xüsusi çağırış deyil, səfirlərin prezidentin iştirakı ilə keçirilən növbəti müşavirəsidir: “İyulun 9-u həm Xaric İşlər Nazirliyinin 95 illik yubileyidir, həm də hər iki ildən bir səfirlərin müşavirəsi keçirilir. Səfirlərin Bakıda toplanması xüsusi çağırış deyil. 7-9 iyul tarixlərində Bakıda səfirlərin növbəti müşavirəsi olacaq”,-deyə D.Şikarov vurğulayıb. Qeyd edək ki, 9 iyul Azərbaycanda diplomatiya günü kimi qeyd edilir. Azərbaycan Demokratik Respublikasının (ADR) xarici işlər nazirliyi 1918-ci ildə təyin olunsa da, rəsmi sənəd yalnız 1919-cu ildə imzalandığı üçün bu gün diplomatiya günü tarixə düşüb. Xatırladaq ki, Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin IV müşavirəsi 2012-ci ilin iyul ayının 9-da keçirilmişdi. Geri qayıt |