Əsas Səhifə > Güney Press > 26 illik şirkət ləğv olunur

26 illik şirkət ləğv olunur


Bu gün, 18:28

“Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7” ASC səhmdarlarını növbədənkənar yığıncağa çağırır.

Banker.az xəbər verir ki, ləğvetmə prosesində olan “Bakı İxtisaslaşdırılmış Mexanizasiya-7” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək.

İclas 9 oktyabr 2026-cı il tarixində, saat 11:00-da Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi 8 ünvanında baş tutacaq.

Yığıncağın gündəliyinə cəmiyyətin ləğvetmə balansının təsdiqi, qalıq əmlakın (pul vəsaitinin) səhmdarlar arasında bölünməsi planını əks etdirən hesabatın təsdiq olunması, eləcə də cəmiyyətə məxsus səhmlərin ləğv edilərək dövriyyədən çıxarılması və sair məsələlər daxildir.

Səhmdarlar müzakirə olunacaq sənədlərlə iş günləri saat 10:00-dan 13:00-dək Cəmiyyətin ləğvetmə komissiyasına müraciət edərək tanış ola bilərlər.

Xatırladaq ki, şirkət 2000-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 49 972 manatdır və qanuni təmsilçisi Ramiz Əliyevdir.


Geri qayıt