Əsas Səhifə > Güney Press > Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi

Dünya Bankına Azərbaycan üzrə yeni müşavir təyin edildi


Bu gün, 12:52

Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti Departamentının şöbə rəisi Anar Paşacanov Dünya Bankının İcraçı Direktorunun Azərbaycan üzrə müşaviri təyin olunub.

“Qafqazinfo” xəbər verir ki, o, fəaliyyətinin ilk dövründə həm Dünya Bankı, həm də Beynəlxalq Valyuta Fondu (IMF) üzrə ölkəni təmsil edəcək.

A.Paşacanovun peşəkar fəaliyyətinin əsas hissəsi AMB ilə bağlı olub. O, 2013-cü ildən qurumun Pul Siyasəti Departamentində müxtəlif vəzifələrdə çalışıb, son illərdə isə şöbə rəhbəri kimi fəaliyyət göstərib.

A. Paşacanovun beynəlxalq maliyyə institutları ilə də geniş iş təcrübəsi var. O, fəaliyyət dövründə IMF, Dünya Bankı və digər beynəlxalq tərəfdaşlarla makroiqtisadi siyasət, maliyyə sektoru və texniki əməkdaşlıq çərçivəsində çalışıb.

A. Paşacanov iqtisad elmləri üzrə fəlsəfə doktorudur. O, makroiqtisadiyyat üzrə doktorluq dərəcəsinə malik olmaqla yanaşı, ABŞ-da Michigan State Universitetində “Hubert H. Humphrey Fellowship” proqramı çərçivəsində iqtisadi inkişaf üzrə postdoktoral təhsil alıb.


Geri qayıt