Əsas Səhifə > Güney Press > Aygünlə Namiqdən yeni duet və klip:
Aygünlə Namiqdən yeni duet və klip:Bu gün, 12:27 |
|
Meyxanaçı Namiq Qaraçuxurlunun Xalq artisti Aygün Kazımova ilə sosial şəbəkədə yayılan fotosunun bəzi detalları məlum olub. Meyxanaçının prodüseri İlkin Şükürov Qaynarinfo-ya açıqlamasında bildirib ki, sənətçilər yeni duetlə tamaşaçıların qarşısına çıxmağa hazırlaşırlar: "Sözləri və musiqisi Namiq Qaraçuxurluya aid olan “Gəlirəm” adlı duet artıq hazırdır. Bu mahnını Namiq Aygün xanımla birlikdə ifa edəcək. Duet üçün klip də çəkilib. Klip Bakı şəhərində lentə alınıb". Qeyd edək ki, Namiq Qaraçuxurlunun Aygün Kazımova ilə ilk əməkdaşlığı deyil. Sənətçilərin 2005-ci ildə “Sevdi ürək” adlı albomu işıq üzü görüb. Albomda onların ifasında 15 mahnı yer alıb. Geri qayıt |