Əsas Səhifə > Güney Press / Ana xəbər > İşçilər SOCAR rəhbərliyindən XAHİŞ EDİR Kİ...
İşçilər SOCAR rəhbərliyindən XAHİŞ EDİR Kİ...Bu gün, 10:37 |
|
"Neft Daşları ,özüllərdə çalışan neftçilər xahiş edir ki, onların bu təklifi öyrənilsin və mümkün dərəcə nəzərə alınsın..." "DİA-AZ" xəbər verir ki, bu paylaşımla özünün sosial şəbəkə hesabında çıxış edən tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı əlaqədar qurum və rəhbər şəxslərdən məsələnin müzakirə olunmasını xahiş edir.
NHMT sədrinin işçilər adından səsləndirdiyi təklif-müraciətdə deyilir: "Neft Daşlarında özüllərdə çalışan işçilər növbə dəyişərkən bəzən hava şəraiti ilə əlaqədar olaraq iş qrafiklərində dəyişikliklə üzləşirlər. Belə ki,gediş gəliş çətinləşir,cox vaxt hava şəraiti ilə əlaqədər özüllərdə növbə dəyişmək mümkün olmur , Bu halda bəzi işçilərin iş günlərinin sayı çox, bəzilərinin isə az olur. Düşünürük ki,bu dəyişiklik hər üç aydan bir tənzimlənsə cox gözəl olardi . Belə ki, artiq- əksik günlər hər kvartalda tənzimlənsin, yəni əgər bizim artiq iş günümüz varsa , növbəmiz tez dəyişilsin, ö biri növbəni isə tez gətirsinlər , yox əgər əksinədirsə bizi gec cixarsinlar və s
Düşünürük ki, bu, heç bir çətinlik törətməz. Qasırğalı hava olanda, bizə 30-40 man. pul ( boşdayanma) yazılır. Ancaq üç aylıq tənzimləmə üsulu tədbiq olunsa bu pula ehtiyac olmaz.Bu da şirkətə xeyirdir..."
Geri qayıt |