Əsas Səhifə > Güney Press > AZPROMO sığortaçı seçib

AZPROMO sığortaçı seçib


Bu gün, 15:20

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortalanması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report"dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "PAŞA Sığorta" ASC-dir.

Qalib şirkətə 3 744 manat ödəniləcək.

Ötən il bu tenderin qalibi "Xalq Sığorta" ASC olub. Şirkətə 4 841 manat ödənilib.


Geri qayıt