Əsas Səhifə > Güney Press > Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır

Naxçıvan İcra Hakimiyyəti 230 min manata işıq dirəkləri və park oturacaqları alır


Bu gün, 12:12

Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tender müsabiqəsinin qalibi “Frekans Construction and Energy Company” MMC (VÖEN – 1300234641) olub.
Qeyd olunur ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti MMC-dən 230 min 100 manata 300 ədəd LED başlıqlı işıq dirəkləri və 300 ədəd üç nəfərlik açıq hava park oturacağı alacaq.
Məlumat üçün bildirək ki, “Frekans Construction and Energy Company” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat MMC-nin hüquqi ünvanı Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 23, mənzil 137-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məsimov Adil Bəhlul oğludur.


Geri qayıt