Əsas Səhifə > Güney Press > Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülüb
Fuad Muradov xüsusi təyinatlı “zon”a köçürülübBu gün, 11:45 |
|
Ötən il Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən 6 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Milli Fədailər Hərəkatının rəhbəri Fuad Muradovdan xəbər var. Gununsesi.info-nun xəbərinə görə, Fuad Muradovun cəza çəkdiyi müəssisə dəyişdirilib. O, hüquq-mühafizə və məhkəmə hakimiyyəti orqanlarının sabiq təmsilçilərinin saxlanıldığı 9 Saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Qeyd edək ki, adıçəkilən müəssisə Cəzaların İcra Məcəlləsində nəzərdə tutulan xüsusi müəssisə statusundadır. Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən və Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb. Xatırladaq ki, Muradov hədə-qorxu ilə tələb etmə ittihamı ilə təqsirli bilinib. İş üzrə Cinayət Məcəlləsinin 182.2.1, 182.2.2 və 182.2.4-cü maddələri tətbiq olunub. Fuad Muradov 2023-cü ilin oktyabrında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Geri qayıt |