Əsas Səhifə > Güney Press > Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs

Əmisi qızınızı küçədə öldürmək istəyən şəxs


Bu gün, 11:32

Bərdədə qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Səbuhi Vəliyevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclasının vaxtı məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə keçiriləcək proses sentyabrın 3-nə təyin edilib.

Şikayət hakim Vidadi Cəfərovun sədrliyi ilə araşdırılacaq.

Qeyd: 2024-cü il mayın 10-u saat 11 radələrində Bərdə rayon sakini 1997-ci il təvəllüdlü Zəminə Məmmədovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1991-ci il təvəllüdlü Səbuhi Vəliyevin şəhərin Ü.Hacıbəyov küçəsi ərazisində bıçaqla xəsarət yetirərək əmisi qızı Zəminə Məmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb. Səbuhi Vəliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırlatma: Səbuhi Vəliyev həbsdən çıxdıqdan sonra bazarda meyvə satmaqla məşğul olurmuş.


Geri qayıt