Əsas Səhifə > Güney Press > "AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb

"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" MMC-nin vergi borcu kəskin artıb


Bu gün, 07:53

"AZCARGO LOGİSTİCS AND MANAGEMENT SERVİCES" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcu kəskin şəkildə yüksəlib. 32gun.az-ın əldə etdiyi məlumata görə, müəssisənin hazırda 469.677,11 AZN ödənilməmiş vergi borcu mövcuddur.

Xatırladaq ki, cari ilin iyun ayında sözügedən logistic şirkətinin vergi borcu cəmi 58.272,23 AZN təşkil edirdi. Beləliklə, cəmiyyətin vergi borcu son bir neçə ay ərzində təxminən 8 dəfə artıb.

Hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, M.Rəsulzadə qəsəbəsi, Adil Məmmədov (9-cu mikrorayon), ev 11, mənzil 73 ünvanında yerləşən şirkətin nizamnamə kapitalı 20 AZN-dir. MMC-nin qanuni təmsilçisi İsmixan Məmməd oğlu Mustafayevdir.


Geri qayıt