Əsas Səhifə > Güney Press > Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırır
Qazaxıstanın ən böyük müxalif nəşrlərindən biri fəaliyyətini dayandırırBu gün, 16:06 |
|
Qazaxıstanın “Orda” nəşri maliyyə problemləri səbəbindən sentyabrın 1-dən fəaliyyətini dayandıracağını açıqlayıb. Teleqraf xəbər verir ki, bu barədə Orda.kz redaksiyasının yaydığı bəyanatda bildirilib. “Orda.kz redaksiyası təəssüflə bildirir ki, sentyabrın 1-dən etibarən fəaliyyətini tamamilə dayandırmağa məcburdur. Bağlanma həm əsas informasiya resursuna, həm də redaksiya ilə əlaqəli bütün sosial media hesablarına, o cümlədən YouTube kanalına şamil olunacaq”, - bəyanatda qeyd olunub. Fəaliyyətin dayandırılması barədə qərarı “Ordamedia.kz” MMC-nin təsisçisi və rəhbəri Maksat Qaniyev qəbul edib. Bəyanatda iddia olunub ki, qərarın arxasında hər hansı başqa səbəb yoxdur: “Qəbul edilmiş qərarın hansısa gizli mənası yoxdur: redaksiyanın qazandığı vəsait onun fəaliyyətini təmin etmək üçün kifayət etmir. Mövcud vəziyyətə gətirib çıxaran başqa səbəblər yoxdur”. Redaksiya həmçinin üzərinə götürdüyü öhdəlikləri tam şəkildə yerinə yetirmək üçün əlindən gələni edəcəyini bildirib. Avqustun 18-də Almatı məhkəməsi ölkənin ən böyük müxalif nəşrlərindən biri olan “Orda”nın keçmiş baş redaktoru Gülnar Bajkenovanı 8 il müddətinə azadlıqdan məhrum etsə də, cəzanın icrası 2 il müddətinə təxirə salınıb. Bajkenova yalan məlumat yaymaq, qanunsuz sahibkarlıq fəaliyyəti və əmlakı mənimsəməkdə ittiham olunur. Geri qayıt |